Dieqo Kosta baxışa çağırıldı
05.09.2022 - 22:38
Dieqo Kosta baxışa çağırıldı

Dieqo Kosta karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı hücumçu “Vulverhempton”a keçməyə yaxındır.

İngiltərə təmsilçisi ulduz futbolçunu baxışa çağırıb. Buna Saşa Kalaydjiçin debüt matçında zədələnməyi səbəb olub. Dieqo baxışda bəyənilsə, hücum xəttindəki boşluğu aradan qaldıracaq.

Qeyd edək ki, sonuncu dəfə ötən il dekabrın 12-də meydana çıxan Kosta azad agent statusuna malikdir. 
 

writer photo
Əlirza Əlirzalı
0