Gürcüstan yığmasından əzmkar heç-heçə
25.06.2023 - 01:17
Gürcüstan yığmasından əzmkar heç-heçə

Gürcüstan yığması 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında keçirdiyi ikinci oyunda da uduzmayıb.

Apasport.az saytı xəbər verir ki, A qrupunda yer alan komanda Belçika ilə görüşdə bir xal qazanıb.

İlk turda Portuqaliyanı məğlub edən gürcülər bu dəfə Belçikanı büdrədiblər. Gürcüstan futbolçuları 0:2 hesabı ilə uduzsalar da, böyük əzmkarlıq göstərərək heç-heçəyə nail olublar. Qrupun digər görüşündə də komandalar xalları yarıya bölüblər. 

B qrupunda İspaniya və Ukrayna ikinci qələbəsini qazanaraq, yarımfinala vəsiqəni təmin ediblər. İspaniyalılar Xorvatiya, ukraynalılar isə Rumıniyadan güclü olublar. Son turda liderlər öz aralarındakı oyunda qrup qalibini müəyyən edəcəklər. 

U-21 Avropa çempionatı
A qrupu

Gürcüstan – Belçika – 2:2
Portuqaliya – Niderland – 1:1
Gürcüstan – 4, Belçika – 2, Niderland – 2, Portuqaliya – 1 xal.

B qrupu
Rumıniya – Ukrayna – 0:1
İspaniya – Xorvatiya – 1:0
İspaniya – 6, Ukrayna – 6, Xorvatiya – 0, Rumıniya – 0 xal. 
 

writer photo
Əlirza Əlirzalı
0