Haaland bu ay futbol oynamayacaq
14.01.2024 - 18:16
Haaland bu ay futbol oynamayacaq

“Mançester Siti” azarkeşlərinə bəd xəbərimiz var.

Apasport.az xəbər verir ki, komandanın əsas qol silahlarından olan Erlin Haaland zədə səbəbindən yanvarın sonuna kimi oynamayacaq

Xəbəri "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola da təsdiqləyib. İspaniyalı mütəxəssis 23 yaşlı hücumçunun zədəsinin ən tezi ayın sonuna kimi sağalma ehtimalının olduğunu deyib.

Qeyd edək ki, Norveç millisinin forvardı sonuncu dəfə dekabrın 6-da “Aston Villa” ilə matçda meydana çıxıb. Bu mövsüm 22 matçda “Mançester Siti” forması geyinən Haaland aktivinə 19 qol və 5 məhsuldar ötürmə yazdırıb. 

writer photo
Əlirza Əlirzalı
0