“İnter” onu qaytarır
04.10.2022 - 13:16
“İnter” onu qaytarır

“İnter”in baş məşqçisi postuna namizəd bəlli olub.

Apasport.az saytının məlumatına görə, Milan klubu bu vəzifəyə Deyan Stankoviçi gətirmək istəyir. 

Uğursuz nəticələrdən narahat olan italiyalılar Simone İnzaqini istefaya göndərməyi planlaşdırır. Stankoviç də onu əvəzləyə bilər.

Qeyd edək ki, Stankoviç 2004-13-cü illərdə “İnter”də oynayıb. O, 2019-cu ildən bu ilin avqustuna qədər “Srvena Zvezda”ya rəhbərlik edib.
 

writer photo
Əlirza Əlirzalı
0