İsveç çempionatının ilk turunun "Malmö" – "Kalmar" (1:0) matçı narazılığa səbəb olub.
Apasport.az xəbər verir ki, bu matçda "Malmö"nün mübahisəli penalti qolu ilə qalib gəlməsi İsveçdə VAR sisteminin olmamasına görə tənqidlə qarşılanıb.
Daha əvvəl ötən ay İsveç Kubokunun 1/4 final mərhələsinin "Hamarbü" – AIK (2:1) matçında əllə vurulan qolun baş hakim Məhəmməd Əl-Hakim tərəfindən ləğv olunmaması da VAR-ın olmağını labüd edir.
İsveçin "SVT Sport" nəşri isveçli hakimlərin VAR barədə fikirlərini öyrənib. Onların 84%-i VAR sisteminin olmasını istədiklərini bildirib.
Qeyd edək ki, hazırda UEFA-ya üzv olan 55 ölkədən 37-nin çempionatında VAR sistemindən istifadə olunur. Azərbaycan, Kosovo, Gürcüstan, Norveç kimi ölkələrdə cari mövsümdən VAR sistemi tətbiq olunmağa başlayıb. Ancaq İsveç Andorra, Lixtenşteyn və San Marino kimi cırtdan ölkələrlə bərabər, VAR sistemi tətbiq olunmayanlar arasındadır.