İtaliyanı Səudiyyə Ərəbistanına dəyişdi
05.09.2023 - 13:22
İtaliyanı Səudiyyə Ərəbistanına dəyişdi

Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, "Bolonya"nın hücumçusu Mussa Barrou "Əl-Taavun"la müqavilə imzalayıb.

24 yaşlı qambiyalı 2026-cı ilin yayına kimi Ərəbistan yarımadasında qalacaq. Futbolçunun keçidinə görə İtaliya klubuna ödənilən məbləğin miqdarı isə açıqlanmayıb.

Qeyd edək ki, Barrou ötən mövsüm 35 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0