“Mançester Siti” qapıçısını itirə bilər
05.03.2024 - 15:00
“Mançester Siti” qapıçısını itirə bilər

31 yaşlı qapıçı Stefan Orteqa bu mövsümün sonunda "Mançester Siti"ni tərk edə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, "şəhərlilər" qapıçıya yeni müqavilə təklif etməyəcək.

Tərəflər arasında mövcud müqavilə gələn ilin yayında başa çatır. Bu mövsüm Orteqa bütün turnirlərdə 9 matçda iştirak edib və 11 qol buraxıb.

İngiltərə Premyer Liqasının 27 turundan sonra "Mançester Siti" 62 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0