Meydana qaçan azarkeşi qucaqladı, diskvalifikasiya olundu
24.04.2024 - 09:34
İranlı qapıçı Hüseyn Hüseyni vətənində meydançaya qaçan azarkeşi qucaqladıqdan sonra diskvalifikasiya edilib.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə "Esteğlal"-"Arak" (1:0) qarşılaşması zamanı baş verib.
Meydançaya qaçan qadın azarkeş polis tərəfindən saxlanılıb. "Esteğlal"ın 31 yaşlı qolkiperi isə İslama uyğun olmayan davranışa görə cəzalandırılıb.
Belə ki, futbolçuya diskvalifikasiya ilə yanaşı pul cəzası da verilib. O, qadın azarkeşi qucaqladığına görə 4400 avro ödəməli olacaq.
0
0