Remsi Beylin yanına gedir
29.07.2022 - 22:38
Remsi Beylin yanına gedir

Daha bir ulduz futbolçu karyerasını MLS-də davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Uels millisinin üzvü Aaron Remsi “Los-Anceles”ə keçə bilər.

Bu keçid baş tutsa, yarımmüdafiəçi yığmadakı komanda yoldaşı Qaret Beyllə çiyin-çiyinə çıxış etmək imkanı qazanacaq. Amma onun xidmətində digər klublar da maraqlıdır. “Arsenal” və “Yuventus”dakı çıxışı ilə tanınan Remsi “Montsa”nın da hədəfindədir.

Qeyd edək ki, yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.
 

writer photo
Əlirza Əlirzalı
0