Rodriqo 2028-ə qədər “Real”da
02.11.2023 - 18:17
Rodriqo 2028-ə qədər “Real”da

“Real” Rodriqo ilə müqaviləsini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. 

“Kral klubu” braziliyalı vinqerlə müqaviləsini yeniləyərək 2028-ci ilə qədər uzadıb. Müqavilədə futbolçunun sərbəst qalma dəyəri 1 milyard avro müəyyən edilib.

Qeyd edək ki, 22 yaşlı oyunçu 2019-cu ildən Madrid təmsilçisinin heyətində çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0