Ronaldo təcavüz ittihamı ilə hakim qarşısında
04.10.2023 - 14:28
Ronaldo təcavüz ittihamı ilə hakim qarşısında

Kriştiano Ronaldo yenidən hakim qarşısına çıxır. 

Apasport.az xəbər verir ki, söhbət 2010-cu ildə portuqaliyalı hücumçunu zorlamada ittiham edən Ketrin Mayorqanın məhkəmə işindən gedir.

38 yaşlı futbolçu daha əvvəl model xanıma susmağa görə 375 min dollar ödəyib. O, 2009-cu ilin iyununda Las-Veqasdakı otel otağında Ronaldonun təcavüzünə məruz qaldığını iddia etsə də, oyunçu bu ittihamı qəti şəkildə rədd edir.

Qeyd edək ki, Ketrin yenidən məhkəməyə mürqaciət edərək, futbolçudan ona pul ödənişini davam etməsini istəyib. ABŞ-ın apellyasiya məhkəməsi onun bu istəyini araşdırmaq məqsədi ilə xanımın vəkillərini dinləyəcəyini açıqlayıb.

writer photo
Əlirza Əlirzalı
0