Runi hansı klubu çalışdıracaq? – 8 MƏRC
10.07.2022 - 16:47
Runi hansı klubu çalışdıracaq? – 8 MƏRC

Ötən ay “Derbi Kaunti”dən ayrılan Ueyn Runinin növbəti klubu ilə bağlı proqnoz qəbuluna başladılıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin sabiq hücumçusunun məşqçilik karyerasını harada davam etdirəcəyi müzakirəyə çıxarılıb.

Bukmekerlər 36 yaşlı mütəxəssisin növbəti komandası olmağa 8 variant müəyyənləşdirib. Bu mənada ən çox ehtimal olunan komanda “Everton”dur. Gənc çalışdırıcının ilk klubu olan “Everton”a baş məşqçi kimi qayıtması 2,75 əmsala bərabərdir.

Digər ehtimalların əmsalı isə belədir:

“Nyukasl” - 7,5
“Sauthempton” - 10
“Lester” - 10
“Lids” - 11
İstənilən MLS klubu - 11
“Norviç” - 15
“Mançester Yunayted” - 17
 

writer photo
Əlirza Əlirzalı
0