İtaliya yığmasının üzvləri Sandro Tonali və Nikola Zaniolo komandanın düşərgəsini tərk ediblər.
Apasport.az saytı xəbər verir ki, futbolçular mərc deyil, poker oynadıqlarını təsdiqləyiblər.
Onlar günahlandırıldıqları qanunsuz portallarda mərc etdiklərini təkzib ediblər. Tonali və Zaniolo poker və blekcek kimi kart oyunları ilə maraqlandıqlarını bidiriblər. İtaliya mətbuatına inansaq, hər iki futbolçu cinayət məsuliyyətinə cəlb oluna bilər.
Qeyd edək ki, jurnalist Fabritsio Korona Tonali və Zaniolonun mərc oyunlarına pul qoyuluşu etməsi ilə bağlı faktlar malik olduğunu və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.