“Fiorentina”nın və Mərakeş millisinin futbolçusu Sofian Amrabatın mümkün müştəriləri siyahısında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, “Barselona” yarımmüdafiəçini heyətində görmək istəyən klubların sırasını tərk edib.
İspaniya təmsilçisi Amrabatı transfer edə bilməyəcək. La Liqa klubunun baş məşqçisi Xavi onu komandasında görmək istəyir.
Amma barselonalıların bu keçidi reallaşdırmaq üçün maliyyə imkanları yoxdur. Sofianın Florensiya klubu ilə müqaviləsi var. Onun transferi üçün 25 milyon avro ödənilməlidir.
Qeyd edək ki, “Barselona”nın Amrabatın icarəsi üçün müraciəti “Fiorentina” tərəfindən qəbul olunmayıb. “Bənövşəyilər” onu yalnız satmağa razıdır.