AFFA-nın Hesabat Konfransında qurumun baş katibi Cahangir Fərəcullayev infrastrukturla bağlı görüləcək işlərə aydınlıq gətirib.
Apasport.az xəbər verir ki, qurum rəsmisi bildirib ki, “Bayıl Arena” cari mövsüm başa çatdıqdan sonra – may ayında əsaslı təmirə bağlanacaq.
Arenanın yenidən qurulmasından sonra uşaq və gənclər futbolu üçün istifadəsi planlaşdırılır.
O həmçinin qeyd edib ki, “Karvan-Yevlax” öz doğma meydanına qayıdıb. Gəncə və Tovuz şəhərlərində də növbəti mövsümdən etibarən oyunların keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, Ağsu şəhər stadionunun Premyer Liqa standartlarına uyğunlaşdırılması planlaşdırılır. “Liv Bona Dea Arena”da da təmir işləri aparılacaq.
Fərəcullayev əlavə edib ki, infrastruktur layihələri çərçivəsində yeni mərkəzlərin yaradılması da gündəmdədir. Bu addımların Azərbaycan futbolunun inkişafına xidmət etdiyi vurğulanıb.