AMADA 2025-ci ilin ilk doqquz ayında 649 dopinq testi keçirib
13.11.2025 - 11:18
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin ilk doqquz ayı ərzində idmançılardan ümumilikdə 649 dopinq nümunəsi götürüb.
Apasport.az xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimində bildirib.
O qeyd edib ki, götürülən nümunələrin 282-si yarış zamanı, 367-si isə yarışdan kənar testlər olub.
Bundan əlavə, hazırda 68 idmançı Qeydiyyata Alınmış Test Qrupunun (QTQ) nəzarətindədir.
- Sabiq “Fənər”li komanda yoldaşına şillə vurdu - OYUNDAN ATILDI - VİDEO
- Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”
- Türkiyə Superkuboku: “Fənərbaxça” çempion - YENİLƏNİB
- "Neftçi" “Hapoel Təl-Əviv”lə heç-heçə edib - YENİLƏNİB
- ÇL: III təsnifat mərhələsinə start veriləcək - YENİLƏNİR
0
0