“Hər iki komanda bir-birinə uyğun rəqiblərdir”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis oyunun gərgin mübarizə şəraitində keçəcəyini vurğulayıb:
“Erkən final izləyəcəyik. Əvvəlki matçlara nəzərən qeyd etmək istərdim ki, gərgin oyun bizi gözləyir. Fikrimcə, şanslar bərabərdir. İlk matçda adətən komandalar ehtiyatlı yanaşırlar. “Qarabağ” öz meydanında oynayır və çalışacaq ki, görüşün taleyini öz xeyrinə həll etsin, ikinci oyuna daha üstün çıxsın. İstək baxımından isə “Qarabağ” daha öndə olacaq. Çempionatda hazırkı vəziyyətə nəzər yetirsək, Ağdam təmsilçisi mövsümü kubokla bitirmək üçün bu turnirdə əlindən gələni edəcək.
“Sabah” isə daha rahat olacaq. “Bayquşlar”ın üzərində o qədər də təzyiq yoxdur. Onların kubokdan kənarda qalması faciə sayılmayacaq. Cütün taleyi ikinci matçda bəlli olacaq”.
Qeyd edək ki, “Qarabağ” – “Sabah” matçı saat 20:00-da start götürəcək.