“Atletiko”nun sabiq futbolçusu “Turan Tovuz”da - RƏSMİ
12.07.2025 - 09:34

Azərbaycan Premyer Liqasında çıxış edən “Turan Tovuz” yeni futbolçu transfer edib.
Apasport.az xəbər verir ki, komanda heyətini Roberto Olabe ilə gücləndirib.
İspaniyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 2018-ci ildə Madrid “Atletiko”sunun heyətində UEFA Superkubokunu başı üzərinə qaldıran Olabe “Eybar”, “Alkorkon”, “Albasete”, “Deportivo”, “Estremadura”, “İbiza” klublarının formasını geyinib.
Qeyd edək ki, 29 yaşlı futbolçu bir mövsüm Portuqaliyada legioner həyatı yaşayıb. O, “Tondela”nın heyətində 17 oyunda meydana çıxıb.
- Azərbaycan çempionatının oyunları təxirə salındı
- “Fənər”in prezidenti Bakıda - “Qarabağ”ı ziyarət etdi - FOTO
- “Fənərbaxça”nın futbolçusu evinin qarət olunması ilə bağlı xəbərlərə münasibət bildirib
- Yarımfinalda ulduzlaşdı - "BARSA"YA GEDİR
- Osimhen "Qalatasaray"ın bir addımlığında - 75 milyon avroluq təklif
0
0