“Dünya İdman Paytaxtı” seçilməsi ilə əlaqədar Bakıda bir çox beynəlxalq tədbirlərin keçirilməsi nəzərdə tutulub".
Apasport.az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu gün Bakı rəsmi olaraq “Dünya İdman Paytaxtı” seçilib: “Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasına təşəkkürümüzü bildiririk. Bu status Bakıda beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün geniş imkanlar yaradacaq. Paytaxtımızda bir çox beynəlxalq yarışların təşkili planlaşdırılır”.
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın “İdman Paytaxtı” seçib.
- Rəcəb Tayyib Ərdoğan "Qalatasaray"ı təbrik edib - FOTO
- DÇ-2026: Türkiyə pley-offda, Rumıniya və Uelsdən darmadağın - YENİLƏNİB
- UEFA Superkuboku: PSJ növbəti titulunu qazandı - YENİLƏNİB
- “Real” II Liqa klubuna məğlub oldu - KUBOKDA MÜBARİZƏNİ DAYANDIRDI
- "Fənər"in Çempionlar Liqasındakı rəqibi bəlli olub