“İmişli” 5 futbolçusu ilə müqavilə yenilədi - RƏSMİ
27.06.2025 - 11:01
Qarşıdakı mövsüm Misli Premyer Liqasında mübarizə aparacaq “İmişli” heyətinni gücləndirməkdə davam edir.
Apasport.az xəbər verir ki, komanda 5 futbolçusu ilə müqaviləni yeniləyib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçular Mehdi Tahirov və Vüsal Qənbərovla 2 illik, İdris İnqilablı, Andrey Sinenka və Həzrət İsayevlə isə 1 illik yeni müqavilə imzalanıb.
Qeyd edək ki, “İmişli” son mövsüm I Liqada 2-ci yeri tutub.
- Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”
- Premyer Liqada ayın oyunçusu bəlli olub
- Mahir Məmmədov: "Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddindən artıq böyükdür"
- “Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
- “Qarabağ” - “Turan Tovuz” matçında 8 qol
0
0