
Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində açıq suda ənənəvi kütləvi üzmə yarışı baş tutub.
Apasport.az xəbər verir ki, Kür çayının iki sahili arasında keçirilən “Kürü keçək?!” adlı yarış Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunub.
Sayca 4-cü dəfə təşkil edilən yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik 12 yaşdan yuxarı şəxslər iştirak ediblər.
Yarışlar 12–17, 18–23, 24–35, 36–55, 56–70 və 70+ yaş kateqoriyaları üzrə təşkil olunub. Ümumilikdə 549 nəfər qeydiyyatdan keçib. Onlardan 288 nəfər start xəttinə çıxıb, 273 nəfər isə finişə çata bilib.
Sonda qaliblər və mükafatçılar diplom və medallarla təltif olunublar. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, idman şöbəsinin sədri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, vitse-prezidenti Xaliq İldırımzadə təqdim ediblər.
Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2022-ci ildən isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilib.
- Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO
- Messidən yeni rekord - "İnter Mayami" 3 xala sevindi
- Abdulbari Gözəl: “Uğurumuzu davam etdirəcəyik”
- Premyer Liqadan A Seriyasına - RƏSMİ
- "Mingəçevir"in yeni baş məqşçisi: "Məqsəd "Mingəçevir"i çempion etməkdir"