“Neftçi” iyulun 27-də Polşa təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” Yunanıstanın “Asteras Tripolis” klubu ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 19:00-da (yerli vaxtla 17:00) start götürəcək matç Keltse şəhərindəki Pilkarski stadionunda təşkil olunacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflərin istəyinə əsasən, oyun canlı yayımlanmayacaq.
Qeyd edək ki, “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə heç-heçə edən “Neftçi” sonuncu sınaq matçını avqustun 1-də AEL (Kipr) klubuna qarşı keçirəcək.
- Belçika - Uels görüşündə 7 qol, İtaliyadan inamlı qələbə - YENİLƏNİB
- Millinin baş məşqçisi: “Azərbaycan güləşi üçün hər zaman çalışmağa hazıram”
- "Zirə" Türkiyə klubunu darmadağın etdi - YENİLƏNİB
- "Karvan" 5 futbolçusu ilə yollarını ayırıb - rəsmi
- “Real” II Liqa klubuna məğlub oldu - KUBOKDA MÜBARİZƏNİ DAYANDIRDI