“Qarabağ” UEFA Çempionlar Liqasının III turu çərçivəsində İspaniyada keçiriləcək “Atletik” oyunu ilə bağlı azarkeşlərə müraciət edib.
Apasport.az xəbər verir ki, klubun yaydığı müraciətdə bunlar qeyd edilib:
"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda İspaniyanın "Atletik Bilbao" klubu ilə keçirəcəyimiz səfər oyunu üçün vauçer əldə etmiş azarkeşlərimiz oyun günü yerli vaxtla saat 15:30-dan 17:30-a kimi “Euskalduna Conference Centre”dən (Euskalduna Conference Centre) biletlərini əldə edə bilərlər.
Vauçerlərin biletə dəyişdirilməsi zamanı şəxsiyyəti təsdiq edən sənədin üzərinizdə olması vacibdir.
Azarkeşlərimizdən xahiş olunur ki, qeyd olunan müddət ərzində təyin olunmuş əraziyə yaxınlaşaraq vauçerlərini biletə dəyişsinlər.
Azarkeşlərimizin qeyd olunan vaxt aralağında vauçerlərini biletə dəyişməsi vacibdir".
Qeyd edək ki, oyun oktyabrın 22-də saat 20:45-də (Bakı vaxtı ilə) start götürəcək.
- Gənclər və idman nazirinin səlahiyyətləri artırılıb
- "Tottenhem" Postekoqlu ilə yollarını ayıracaq
- Tedeskodan uğursuz debüt - “Fənər” səfərdə məğlub oldu - YENİLƏNİB
- "Mingəçevir"in yeni baş məqşçisi: "Məqsəd "Mingəçevir"i çempion etməkdir"
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”