"Qarabağ"dan transfer: O, artıq Bakıdadır
01.02.2026 - 21:17
Daha öncə xəbər verdiyimiz ki, "Qarabağ" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, artıq oyunçunun kimliyinə də aydınlıq gəlib.
Ağdam təmsilçisi Kiprin AEK klubunda çıxış edən Jeremi Qnalini rənglərinə bağlamaq üzrədir.
O, artıq Bakıdadır. Tərəflər bütün şərtlərdə razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, 23 yaşlı fransalı bu mövsüm AEK-in heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yaponiyalı futbolçu "Arsenal"ı tərk edib
- "Real"ın 3 futbolçusu zədəsini sağaldıb - "Bavariya"ya qarşı oynayacaqlar
- Şahruddin: “Millinin heyətində 3-4 nəfər öz komandasında daimi oynayır”
- Əfran İsmayılov: "Qarabağ" Azərbaycan futbolunun yükünü belində daşıyır"
- Messinin məhsuldarlığı komandasının qələbə qazanmasına kömək etmədi
0
0