"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisinin mövsümün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.
Misli Premyer Liqasının XVI turunun “Qəbələ” ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçular 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.
“Qarabağ” yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki “Gloria Sports Arena”da təlim-məşq toplanışını davam etdirəcək.
Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları müəyyənləşdikdən sonra bu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, "Qarabağ" yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Ayntraxt”a qarşı keçirəcək.
- KDÇ: “Palmeyras” - “Əl Əhli” oyunu yarımçıq dayandırıldı
- Millimizin baş məşqçisi: “Bu nəticə Azərbaycan taekvondosu üçün böyük uğurdur”
- Renat yerli klublardan imtina etdi - “Araz”ın rəqibinə transfer ola bilər
- Haalanddan yeni rekord - ən tez 100-ə çatan oyunçu oldu
- Danimarka millisinin üzvü "Hamburq"da - RƏSMİ