“Qəbələ” ilk transferini reallaşdırıb - RƏSMİ
05.01.2026 - 20:46
“Qəbələ” ilk transferini reallaşdırıb - RƏSMİ

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda mərkəz müdafiəçisi Seydina Keytanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seneqallı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.

Keytanın son klubu Litvanın “Panevejis” komandası olub. O, daha əvvəl “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Molde” (Norveç) və “Diambars” (Seneqal) klublarının formasını geyinib.

Qeyd edək ki, Seydina Keyta “Qəbələ”də 33 nömrəli forma ilə çıxış edəcək.