"Sabah" kapitanını komandada saxladı - RƏSMİ
26.05.2026 - 19:03
“Sabah” qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qazaxıstanlı qolkiperlə yeni sözləşmənin müddəti 1 ildir.
Qeyd edək ki, Stas 2025-ci ilin yanvar ayından “Sabah”ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı komandamızın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunun qalibi olub.
0
0