Sabah Bizon Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start veriləcək.
"Qarabağ" öz meydanında "Sabah"la üz-üzə gələcək.
Apasport.az saytının əldə etdiyi məlumata görə, "bayquşlar" görüşə iki itki ilə çıxacaq.
Komandanın əsas oyunçularından Pavol Şafranko zədəlidir. İqor Noqeyra ilə cəza səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxmalı olacaq.
"Qarabağ" da vacib matçda iki futbolçusunun xidmətindən məhrum olacaq. "Köhlən atlar" Bəhlul Mustafazadə və Şahruddin Məhəmmədəliyevdən yararlana bilməyəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
- Felipe Santos: “Omoniya” ilə görüşdə sona qədər mübarizə aparacağıq"
- Sabiq "Beşiktaş"lı Premyer Liqaya qayıda bilər
- Mahir Məmmədov: "Vüqar Həşimov Memorialının nüfuzu dünyada həddindən artıq böyükdür"
- Ergin Ataman türkləri məyus etdi - “Panatinaikos" "Final Four"da
- A Seriyasında ən yaxşı məşqçi bəlli olub