“Sabah”ın futbolçusu zədələndi - XƏSTƏXANAYA APARILDI
05.10.2025 - 18:22
“Sabah”ın aparıcı futbolçularından Coy-Lens Mikels Misli Premyer Liqasının VII turunda “Karvan-Yevlax”la oyunda ciddi zədə alıb.
Apasport.az xəbər verir ki, hadisə qarşılaşmanın son dəqiqələrində baş verib.
Mikels rəqib qapıçısı ilə toqquşub və ayağa qalxa bilməyib. Ona meydanda ilkin tibbi yardım göstərilib, daha sonra təcili tibbi yardım maşını ilə yerli klinikalardan birinə aparılıb.
Qeyd edək ki, oyun "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
- AMADA-nın icraçı direktoru: "Builki konfrans Konstitusiya və Suverenlik ilinə həsr olunub"
- ÇL: “Qarabağ” səfərdən qalib dönür - YENİLƏNİB
- İslam Oyunları: Voleybolçularımız Tacikistanı darmadağın edib - FOTO
- "Şamaxı"dan ayrılan futbolçu Finlandiya klubunda - RƏSMİ
- "Kəpəz"in legioneri Malta yığmasına çağırılıb
0
0