Rusiyanın “SKA-Xabarovsk” klubunun forvardı Kamran Əliyev karyerasını Azərbaycanda davam etdirmək şansı qazanıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, daha əvvəl “Qəbələ”, “Turan Tovuz” və “Araz-Naxçıvan” klublarının maraq dairəsində olan hücumçuya bu dəfə Azərbaycan Premyer Liqasının yeni üzvü – “İmişli” də transfer siyahısında yer verib.
Bölgə təmsilçisi daha əvvəl ölkəmizdə “Sumqayıt”ın formasını geyinmiş Kamranın keçidini yayda reallaşdırmaq niyyətindədir. Lakin azərbaycanlı hücumçu bir neçə gün əvvəl “SKA-Xabarovsk”la 1 illik yeni müqavilə imzalayıb. Buna görə Rusiya klubunun oyunçunun gedişinə razılıq verib-verməyəcəyi hələlik məlum deyil.
Buna baxmayaraq, “İmişli” Kamranı heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, 26 yaşlı oyunçu 2023-24 mövsümündə “Sumqayıt”ın uğurları üçün mübarizə aparıb.
- "Fənər" Kerem üçün "Benfika" ilə razılaşdı - YENİLƏNİB
- Avropa Liqası: “Samsunspor” mübarizəni dayandırdı - YENİLƏNİB
- “Arsenal”dan qələbə, “Mançester Siti” səfərdə uduzdu
- “İmişli” 5 futbolçusu ilə müqavilə yenilədi - RƏSMİ
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var