"Zirə"nin futbolçusu zədələnib - 6-7 ay oynaya bilməyəcək
11.08.2025 - 14:01
Şamaxı” ilə yoxlama matçında zədələnən “Zirə”nin futbolçusu Abdul Aziz Batibienin durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, 18 yaşlı oyunçunun diz bağları qopub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əməliyyat olunacaq toqolu vinger 6-7 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, “Zirə” Abdul Azizi bu ilin iyul ayında 4 illik müqavilə ilə heyətinə qatmışdı.
- Valdas Dambrauskas: “Üzərində işləməli olduğumuz çox məqam var”
- Millimiz AÇ-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB
- "Geri qayıtmağımla bağlı "Qarabağ"la söhbət oldu, amma bu baş vermədi" MÜSAHİBƏ
- Fərid Fərhadzadə: “IRONMAN 70.3 BAKU” əsl idman bayramına çevriləcək”
- Yaponiya millisinin üzvü “Barselona”nın radarında
0
0