Millimiz Dünya Seriyasında ardıcıl iki qələbə qazanıb
11.07.2025 - 15:52
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsində ardıcıl iki qələbə qazanıb.
Apasport.az xəbər verir ki, yığma seçmə mərhələnin A qrupunda ilk olaraq "Tsukuba" (Yaponiya) komandasını 21:10 hesabı ilə üstələyib.
Milli ardınca İsveçrə təmsilçisi "Lozanna"ya şans verməyib - 21:11.
Nəticədə yığmamız əsas qruplara vəsiqə qazanıb.
Qeyd edək ki, basketbolçularımızın C qrupunda rəqibi Sinqapur və Ukrayna milliləri olacaq.
- Mauro İkardi: "Osimhenlə birlikdə çıxış edəcəyimə görə xoşbəxtəm"
- “Barselona”nın sabiq prezidenti təzminat alacaq – 232 min avro
- Ramal Hüseynov: "Qarabağ" rəhbərliyi hər şeyi yaxşı başa düşür"
- Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı bəlli olub
- “Qalatasaray” – “Beşiktaş” matçının hakimi bəlli oldu
0
0