Bu gün Çempionlar Liqasının Liqa mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" ilk matçına çıxıb.
"Köhlən atlar" səfərdə “Benfika” ilə qarşılaşıb. Ağdam klubu 0:2 hesabı ilə geri düşdüyü matçda geridönüş etməyi bacarıb. Komandamız turnirdə ilk qələbəsini qazanıb - 3:2.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
23:00 Benfika (Portuqaliya) – Qarabağ 2:3
Qollar: Entso Barreneçea, 5, Vangelis Pavlidis, 16 - Leandro Andrade, 30, Kamilo Duran, 48, Aleksey Kaşuk, 87
Baş hakim: Erik Lambrexts (Belçika)
"Benfika": 1. Anatoli Trubin, 26. Samuel Dal, 4. Antonio Silva, 30. Nikolas Otamendi (k), 17. Amar Dediç, 20. Riçard Rios, 5. Entso Barreneçea, 10. Georgi Sudakov, 21. Andreas Şelderup, 8. Fredrik Oursnes, 14. Vangelis Pavlidis
Baş məşqçi: Bruno Laje
"Qarabağ": 99. Mateuş Koxalski, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, Kadi Borges, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamilo Duran
Baş məşqçi: Qurban Qurbanov
- “Kasımpaşa” “Fənərbaxça”nın daha bir futbolçusunu heyətinə qatıb
- Premyer Liqada ayın oyunçusu bəlli olub
- "Fənər" “Viktoriya" səfərindən bir xalla qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- "Araz-Naxçıvan"ın oyunçusu: "Məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik"
- Millimizə İslandiyada "soyuq duş" - YENİLƏNİB