Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”
27.08.2025 - 23:18
Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”

“Çox gözəl iki oyun izlədik. Bu turu qələbə ilə başa vurmağımız və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağımız bizi çox sevindirir”.

Bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib.

O, komandanın qazandığı uğurun bütün azarkeşlər üçün böyük sevinc olduğunu vurğulayıb: “Hər birinizi bu qələbə ilə təbrik edirəm. ‘Qarabağ’, azarkeşlər və biz – hamımız bu uğura layiq idik”.

Baş direktor, həmçinin komandanın ev oyunlarını harada keçirəcəyi ilə bağlı suala cavab verib: “Hələlik dəqiqlik yoxdur, lakin böyük ehtimalla Tofiq Bəhramov adına Respublika Stadionunda oyunlarımızı keçirəcəyik”.

Əmrah Çəlikəl komandanın gücləndirilməsi istiqamətində görülən işlərə də toxunub: “Bu məsələ ilə bağlı çalışmalarımız daim davam edir”.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubunu ümumi hesabda 5:4 hesabı ilə məğlub edərək turnirin əsas mərhələsinə vəsiqə qazanıb.