"Bizə dəstəyini əsirgəməyən, daima yanımızda olan azarkeşlərimizi sevindirmək üçün Çempionlar Liqasının əsas mərhələsində əlimizdən gələni edəcəyik".
Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Kadi Borges deyib.
Yarımmüdafiəçi növbəti mərhələyə fokuslandıqlarını bildirib: "Biz hazırda liqa mərhələsinə fokuslanmışıq. Hazırlaşmaq üçün yaxşı vaxtımız olacaq".
Kadi həmçinin azarkeşlərin onlara çox kömək etdiyini vurğulayıb: "Azarkeşlər bu gün möhtəşəm idilər. Onların dəstəyi bizə əlavə güc, stimul verirdi".
Futbolçu köhnə komanda yoldaşları ilə münasibətləri haqda da danışıb: “Ferentsvaroş" futbolçuları ilə münasibətim yaxşıdır. Orada yaxşı insanlarla tanış oldum və yeni dostlar qazandım”.
- "Qarabağ"ın ÇL-dən əldə etdiyi gəlir bəlli olub
- Azərbaycanlı şahmatçı Berlində ikiqat çempion olub
- “Liverpul”un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
- “Çelsi”nin baş məşqçisi: "Qarabağ" çox yaxşı pressinq etməyi bacardı”
- "Fənər"in rəqibi heyətini yeni futbolçu ilə gücləndirib - RƏSMİ