Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.
Mərasimdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi bəlli olub. Belə ki, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniya klubu "Şkendiya"ya uduzarsa, yoluna Avropa Liqasında davam edəcək.
"Köhlən atlar" burada "Lüdoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
Qeyd edək ki, "Qarabağ" "Şkendiya" səddini adlayarsa, Çempionlar Liqasında həmin cütün qalibi ilə üz-üzə gələcək.
- “Everton” “Qudison Park”la qələbə ilə vidalaşdı
- Ölkəmiz Niderland və Belçikada 22 taekvondoçu ilə təmsil olunacaq
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- Messinin məhsuldarlığı komandasının qələbə qazanmasına kömək etmədi
- Argentina millisinin üzvü daha 5 il "Bayer"də