"Qarabağ" - "Ferentsvaroş" matçının hakimləri bəlli olub
25.08.2025 - 12:24
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununun hakimləri bəlli olub.
Apasport.az xəbər verir ki, Bakıda keçiriləcək cavab görüşünü Fransadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmada baş hakim Kleman Tyurpenə Nikolya Danos və Aleksis Auqer kömək edəcəklər.
Romen Lissorq isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” görüşü saat 20:45-də başlayacaq.
- Niyaməddin Paşayev: “Bu taekvondoçular bizim gələcəyimizdir”
- “Liverpul”un sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ
- Afrikada ilin futbolçusu adına namizədlər açıqlanıb
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Şahruddin: “İslandiyaya uduzandan sonra üzr istəmək belə utandırıcı idi”
0
0