Cüdo üzrə milli komandamız Yaponiyaya təlim-məşq toplanışına yollanıb.
Apasport.az xəbər verir ki, kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və məşqçi Kotaro Sasakinin rəhbərliyi altında Tokay Universitetində keçirilən toplanışa 10 cüdoçumuz cəlb olunub.
Düşərgə çərçivəsində millimizin üzvləri texniki və taktiki elementlər üzərində çalışırlar.
Qarşıdakı yarışlara hazırlıq və beynəlxalq təcrübənin artırılması məqsədi daşıyan bu toplanış 29 noyabrda başa çatacaq.
Qeyd edək ki, düşərgədə Azərbaycan yığması ilə yanaşı, Yaponiya, Rusiya və Danimarka milli komandaları da iştirak edir.
- Mourinyonun müqaviləsinin detalları açıqlandı - hər iki tərəf xitam verə bilər
- Dambrauskasın “Sabah”ı tarix yazmağa yaxındır - TƏHLİL
- Okan Buruk və Kerem Aktürkoğlu arasında gərginlik: Bir-birilərini izləməyi dayandırdılar
- İsmayıl Zülfüqarlı: “Milli komandadan təklif gələcəyini fikirləşirdim“
- İtaliyada dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib