Azərbaycan gimnastları Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında tamblinq, akrobatika və aerobika gimnastikası üzrə üç gümüş medal qazanıblar.
Apasport.az xəbər verir ki, akrobatika gimnastikası üzrə kişi cütlüyümüz – Murad Rəfiyev və Daniel Abbasov qarışıq hərəkətlər proqramında 28.730 xal toplayaraq gümüş medal qazanıblar.
Tamblinq üzrə təmsilçimiz Tofiq Əliyev yarışda tarixi nailiyyətə imza atıb. Gimnastımız tamblinq cığırında çətin element olan üçlü salto və üçlü vint kombinasiyasını uğurla icra edərək 30.500 xal toplayıb və gümüş medala layiq görülüb.
Aerobika gimnastikası üzrə Dünya çempionları, qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov da 19.750 xalla gümüş medalın sahibi olublar.
- İngiltərəli forvard “Çelsi” yolunda
- “Neftçi” yeni ev formasını təqdim edib - FOTO
- Mourinyonun müqaviləsinin detalları açıqlandı - hər iki tərəf xitam verə bilər
- Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təmsil edəcək idmançılarla görüş keçirilib - FOTO
- "Beşiktaş"ın yeni transfer hədəfi: "Milan"ın müdafiəçisi