Güləşçimiz İslam Oyunlarını gümüş medalla başa vurub
19.11.2025 - 19:04
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yunan-Roma güləşi üzrə yarışlar davam edir.
Apasport.az xəbər verir ki, 97 kq çəkidə mübarizə aparan Murad Əhmədiyev final görüşünə çıxıb.
Təmsilçimiz həlledici matçda iranlı Mohammadhadi Saravi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Güləşçimiz bu nəticə ilə İslamiadanı gümüş medalla başa vurub.
- "Fənər" Kerem üçün "Benfika" ilə razılaşdı - YENİLƏNİB
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- “Qarabağ”ın futbolçusuna görə məbləğ artırıldı: Portuqaliya və Türkiyədən maraq var
- Mehmet Ak: “Qarabağ”ın qələbəsi Türkiyədə də qürurla qarşılandı”
- “Nyukasl”dan “Vest Hem”ə - RƏSMİ
0
0