“Fənər” mövsümü əzmkar qələbə ilə başa vurdu
31.05.2025 - 18:58

Türkiyə Super Liqasında XXXVIII turun görüşləri davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında azarkeşlərini bu mövsüm sevindirə bilməyən "Fənərbaxça" öz meydanında "Konyaspor"la qarşılaşıb.
"Sarı-lacivərdlilər" ilk hissəni 0:1 hesabı ilə məğlub başa vursalar da, 2-ci hissədə geri dönüş etməyi bacarıblar. Qarşılaşma "Fənər"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər görüşündə isə "Rizəspor" evdə autsayder "Hatayspor"u 5:2 hesabı ilə üstələyib.
Türkiyə Super Liqası
XXXVIII tur
17:00. "Rizəspor" - "Hatayspor" - 5:2
17:00. "Fənərbaxça" - "Konyaspor" - 2:1
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- Argentina millisinin üzvü ölkəsinə qayıdır
- ÇL: "Qarabağ"ın səfər matçı üçün ayrılmış vauçerlər bu gün satışa çıxarılır
- “Beşiktaş” prezidentinin oğlu ölümdən dönüb
- "Benfika" Kerem üçün "Fənər"lə razılığa gəlib
0
0