Super Liqa: “Beşiktaş” İzmir səfərindən xalsız qayıdır
19.09.2025 - 23:02
Super Liqa: “Beşiktaş” İzmir səfərindən xalsız qayıdır

Türkiyə Super Liqasında VI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk gün bir matç keçirilib.

"Göztəpə" öz meydanında "Beşiktaş"ı qəbul edib.

"Qara qartallar" İzmir səfərindən xalsız qayıdıb. "Göztəpə" rəqibini 3:0 hesabı ilə məğlub etməyi bacarıb.

Türkiyə Super Liqası
VI tur
21:00. “Göztəpə” - “Beşiktaş” - 3:0