Super Liqa: Liderdən inamlı qələbə
26.10.2025 - 19:58
Super Liqa: Liderdən inamlı qələbə

Türkiyə Super Liqasında X turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Antalyaspor" öz meydanında 5 oyundur qələbə qazana bilməyən "Başakşəhər"i qəbul edib.

Qonaqlar rəqibini 4 cavabsız qolla məğlub etməyi bacarıb - 4:0.

Turun digər matçında isə lider "Qalatasaray" öz meydanında "Göztəpə"ni sınağa çəkib.

Oyun ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyə Super Liqası
X tur
15:30. "Antalyaspor" - "Başakşəhər" - 0:4
18:00. "Qalatasaray" - "Göztəpə" - 3:1
18:00. "Gənclərbirliyi" - "Konyaspor" - 1:2