Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) taekvondo üzrə respublika çempionatı və birinciliyinə start verilib.
Apasport.az xəbər verir ki, ölkə birinciliyinin ilk günündə oğlanlar arasında 45 kq, 55 kq, 68 kq, 78 kq və +78 kq, qızlar arasında isə +59 kq və +68 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
Dörd gün davam edəcək yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edir.
Gənclər arasında keçirilən ölkə birinciliyində ümumilikdə 317 idmançı (202 oğlan, 115 qız), böyüklər arasında təşkil olunan Azərbaycan çempionatında isə 119 taekvondoçu (81 kişi, 38 qadın) mübarizə aparır.
- Millimiz Avstriya ilə qarşılaşacaq
- Xorxe Silva: “Qarabağ”a qarşı eyni tempdə oynamaq çox çətindir”
- "Turan Tovuz"dan ayrıldı - İsrail klubunda çıxış edəcək
- İBA prezidenti: “Azərbaycanlı boksçuya qarşı haqsızlıq edən hakim ömürlük boksdan kənarlaşdırılacaq” - VİDEO
- “Neftçi”nin daha 2 rəqibi bəlli olub