Bu gün çimərlik voleybolu üzrə 18 yaşadək (U-18) qız və oğlanların Avropa çempionatında təsnifat oyunları keçirilib.
Apasport.az xəbər verir ki, İtaliyanın Corigliano Rossano şəhərində təşkil olunan yarışda oğlanlardan (İbrahim Məmmədov/Muhammad Aslanlı) ibarət komandamız təsnifat mərhələsində Serbiya millisi ilə qarşılaşıb.
Görüş təmsilçilərimizin 2:0 (21:10; 21:15) hesablı qələbəsi ilə başa çatıb və komandamız Avropa çempionatında əsas mərhələyə yüksəlib.
Qeyd edək ki, çempionatda ölkəmiz bir qız və bir oğlan komandası ilə təmsil olunur. Qızlarımız yarışa əsas mərhələdən qoşulacaqlar. Əsas mərhələ oyunlarına sabah start veriləcək.
- A Seriyasında ən yaxşı məşqçi bəlli olub
- Futbol dünyasından daha bir ulduz ayrılır - KARYERASINI SONLANDIRACAQ
- DÇ-2026: Türkiyə pley-offda, Rumıniya və Uelsdən darmadağın - YENİLƏNİB
- Qanalı yarımmüdafiəçi yenidən İspaniyada çıxış edə bilər
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM