
“Ardanın dünyanın ən yaxşı klubunun bir parçası olması üçün zamana ehtiyacı var”
Apasport.az xəbər verir ki, bu sözləri “Real Madrid”in baş məşqçisi Karlo Ancelotti deyib.
Təcrübəli çalışdırıcı Arda Gülərin zamana ehtiyacı olduğunu bildirib:
"Bu, onun özü və bütün gənc oyunçular üçün bir prosesdir, eyni şeyləri Rodriqo, Valverde və Vinisius da yaşamışdı. Arda Güler problemi deyə bir şey yoxdur. Bunu hamı başa düşməlidir".
Həmçinin baş məşqçi oyunçunun zədəli olub-olmadığı barəsində sualı cavablandırıb:
“Hər şey qaydasındadır və oynamağa hazır vəziyyətdədir”.
Qeyd edək ki, Arda "kral klubu"nun heyətində son 5 rəsmi matçda iştirak etməyib. Türkiyə millisinin üzvü son olaraq fevralın 5-də "Leqanes"lə oynanan La Liqa matçında meydana çıxmışdı.