“Arsenal”ın futbolçusu “Flamenqo”da - RƏSMİ
07.06.2025 - 01:03

"Arsenal"da müqaviləsi başa çatan Jorjinyo karyerasını Braziliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, "Flamenqo" yarımmüdafiəçini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 33 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, İtaliya millisinin üzvü bu mövsüm "topçular"ın heyətində 27 rəsmi matça çıxıb və 1 qolla yadda qalıb.
0
0