Bu mövsüm "Ayntraxt"dakı çıxışı ilə diqqətləri üzərinə çəkən Can Uzun qışda komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, 19 yaşlı vingerlə İngiltərə klubları yaxından maraqlanır.
Bu barədə "Bild" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Bundesliqa təmsilçisi oyunçunu transfer etmək istəyən komandalardan 80 milyon avro tələb edəcək.
Xatırladaq ki, "Ayntraxt" Türkiyə millisinin üzvünü 2024-cü ildə "Nürnberq"dən 11 milyon avro qarşılığında heyətinə qatıb.
Qeyd edək ki, Can Uzun bu mövsüm Frankfurt klubu ilə çıxış etdiyi 9 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Mövsümün ilk kuboku: “Ayntraxt”, yoxsa “Reyncers”?
- “Beşiktaş”ın yeni transferi millinin heyətində zədələnib
- “Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılacaq
- Renat yerli klublardan imtina etdi - “Araz”ın rəqibinə transfer ola bilər
- Branimir Subaşiç: “Azərbaycan sona qədər mübarizə aparmalıdır, başqa yolu yoxdur”