"Beşiktaş" Kayl Uolker-Petersdən imtina edib
17.07.2025 - 16:11
"Beşiktaş" Kayl Uolker-Petersdən imtina edib

"Beşiktaş" Kayl Uolker-Petersin transferindən imtina edib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Transferin baş tutmamasına səbəb, 28 yaşlı sağ cinah müdafiəçisinin klubdan əlavə vaxt istəməsi olub.

Klubun rəsmi açıqlamasında bildirilir: “Daha əvvəl şifahi razılıq əldə etdiyimiz və tibbi müayinədən keçməsi üçün İstanbula dəvət etdiyimiz Kayl Uolker-Peters bu gün bizdən əlavə vaxt tələb edib. Bu səbəbdən klubumuz adıçəkilən futbolçunun transferindən imtina edib”.

Qeyd edək ki, Kayl Uolker-Peters ötən mövsümü "Southempton"da çıxış etdiyi 35 rəsmi qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalıb.