“Beşiktaş”ın futbolçusu Yunanıstan klubunda - RƏSMİ
13.09.2025 - 17:07
“Beşiktaş” futbolçusunu icarəyə göndərib.
Apasport.az xəbər verir ki, Joao Mario AEK-lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, portuqaliyalı yarımmüdafiəçi Afina təmsilçisinin heyətində mövsümün sonuna qədər icarə əsasında oynayacaq.
32 yaşlı oyunçunun “Beşiktaş”la müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Portuqaliya millisinin sabiq üzvü karyerası ərzində “Sportinq”, “İnter”, “Vest Hem” və “Lokomotiv”(Moskva) komandalarında da çıxış edib.
- Türkiyəli yarımmüdafiəçi daha 3 il "Beşiktaş"da - RƏSMİ
- Futbol dünyasından daha bir ulduz ayrılır - KARYERASINI SONLANDIRACAQ
- Cüdo məşqçiliyi üzrə sertifikat proqramına start verilib - FOTO
- "Çelsi"dən 44 milyon avroluq transfer - RƏSMİ
- İslandiya millisinin kapitanı: “Azərbaycan yığması ilk görüşdən sonra…”
0
0